3 nəhəng avtomobil şirkəti güclərini birləşdirir

AVTO
12:24 / 29.05.2024
915

Dünyanın və Yaponiyanın 3 nəhəng avtomobil istehsalçısı güclərini birləşdirməyə qərar verib.

Hit.az xəbər verir ki, söhbət "Toyota", "Nissan" və "Honda"dan gedir.

Onlar süni intellekt, proqram təminatı və çilərin istehsalı üçün birgə çalışacaqlar. Sözügedən şirkətlərin rəqiblərindən geri qalmamaq üçün bu addımı atdıqları deyilir. Bu işbirliyinin 2030-cu ilə qədər istehsal olunacaq avtomobillərdə özünü göstərəcəyi proqnozlaşdırılır.

İşbirliyinə əsasən, çiplər, virtual simulyasiya, avtomatik yoxlamalara imkan verən generativ süni intellekt, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri, avtonom sürücülük üçün yüksək dəqiqlikli 3D xəritələr, nəqliyyat vasitələrinin proqram təminatı və sistemlərini birləşdirən sensor texnologiyaları və tətbiq proqramlaşdırma interfeysləri tədqiq ediləcək sahələri özündə ehtiva edəcək. 

Yaponiya bu sahələrdə standart yaratmaq istəyir. Buna baxmayaraq, hər bir şirkət öz avtomobillərinin əsas əməliyyat sistemlərini inkişaf etdirəcək.

Pərviz

0