"Opel" yubileyində 2 yeni modelini təqdim edəcək

AVTO
12:10 / 05.06.2024
662

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Opel" 125 illik yubileyini qeyd edir.

Hit.az xəbər verir ki, şirkət bu səbəblə də yeni modellərini sərgiləməyə qərar verib.

Söhbət "Frontera" və "Grandland" modellərindən gedir. Şirkət bu avtomobillərin ictimai təqdimatını keçirəcəyini açıqlayıb. Yeni modellərin ilk dəfə xalqa təqdim olunacağı vurğulanıb.

Beləliklə, geniş avtomobil çeşidləri ilə diqqət çəkən "Opel" 125 illik yubileyinə yeni "Frontera" və "Grandland" modellərinin ilk kütləvi təqdimatlarını təşkil etməklə başlayacaq. "Opel"in Dizayn Mərkəzində "Astra" modelinin istehsal prosesilə yanaşı, brendin qabaqcıl konseptual avtomobilləri də ziyarətçilərlə paylaşılacaq.

Pərviz

0