"BMW" "X3" modelini yeniləyir - FOTOLAR

AVTO
20:42 / 20.06.2024
1455

Dünyanın ən böyük avtomobil brendlərindən olan "BMW" "X3" modelini yeniləyib.

Hit.az xəbər verir ki, "X3" modelinin tam elektrikli versiyasının istehsalı isə bir müddət dayanacaq.

Yenilənən model əvvəlkindən fərqli olaraq 3,4 sm daha uzun (ümumilikdə 4,76 metr) və eni 2,9 sm (ümumilikdə 1,92 metr) daha geniş olacaq.

Həmçinin, avtomobilin hündürlüyü 2,5 sm azalaraq 1,66 metr olub. Dizayn baxımından da yenilənən "BMW X3"ün ön hissəsində yeni radiator barmaqlığı dizaynı seçilir. İkiqat L formalı işıq imzası da yeni seçimdir. 

"BMW" Digital Premium xidmətləri də seçim kimi mövcuddur və abunə haqqı müqabilində birbaşa avtomobilin ekranında müxtəlif ölkəyə aid proqramlardan istifadə etməyə imkan verir. Ancaq yeniliklər bununla bitmir. 

Belə ki, bu avtomobildə sərnişinlərə daha çox yer təmin etmək üçün də çalışılıb. Modelin salonu isə "X5"-lə bənzərlik təşkil edir. Yenilənən "X3" avtomobilləri 0-dan 100 kilometr sürətə isə 7,8 saniyədə çatır. Sözügedən modelin bu ilin noyabr ayında satışa çıxarılması gözlənilir. Avtomobilin qiyməti isə 57 min 900 min avrodan başlayacaq. 

Pərviz

0