Taksi sürücülərinin satışa çıxardığı "Prius"lar neçəyədir? - QİYMƏTLƏR

AVTO
12:26 / 28.06.2024
232

Ölkəmizdə taksilərlə bağlı yeni qərarların verilməsindən sonra avtomobil bazarında hərəkətlilik yaşanır.

Hit.az bildirir ki, xüsusilə "Toyota Prius" markalı avtomobillərin kütləvi şəkildə satışa çıxarıldığını görürük.

Buna səbəb sözügedən modellərin böyük əksəriyyətinin artıq taksi üçün şərtlərə cavab verməməsidir. Yəni əvvəllər əsasən taksi xidməti üçün istifadə olunan "Prius"ları artıq satışda daha çox görürük. İstər avtomobil bazarlarında, istərsə də avtomobil elanı saytlarında təklif olunan modellərdə "Prius"un üstünlük təklif etdiyini desək yanılmarıq.

Bəs onların qiyməti neçəyədir?

Müşahidələrimiz zamanı məlum oldu ki, 2006, 2007, 2008-ci il istehsalı olan "Prius"ları 6500 manatdan başlayan qiymətlərlə tapmaq mümkündür. Sözügedən modellərin satış qiymətləri keyfiyyətlərindən asılı olaraq 14 min manata qədər yüksələ bilir. Lakin seçimlərin çoxluğunu nəzərə alaraq təxminən 10 min manata münasib "Prius"lar satın almaq olar.

Buna baxmayaraq, "Prius" alarkən diqqətli olmaq və mütləq şəkildə ustaya göstərmək lazımdır.

Pərviz

0