"BMW" avtomobillərində PROBLEM YARANDI

AVTO
09:53 / 12.07.2024
1121

Almaniyanın nəhəng avtomobil istehsalçısı "BMW" modellərində problem yaranıb. 

Hit.az xəbər verir ki, söhbət "BMW 3" seriyalı modellərdən gedir. 

Belə ki, sözügedən avtomobillərdəki hava yastıqlarında problem olduğu məlum olub. Bu səbəbdən də yaşı 10-dan yuxarı olan 375 mindən çox avtomobil geri çağırılacaq. Bildirilib ki, dünyada yüzminlərlə sürücü avtomobildəki orginal hava yastığını idman üslubundakı hava yastıqları ilə dəyişdirib. Bu isə "BMW 3" seriyalı modellərində ölümcül səhvlə nəticələnəcək addımdır. 

Geri çağırılan 378 min 263 ədəd avtomobillərin əksəriyyəti 2006-2011-ci illərdə istehsal olunan "BMW 323i", "325i", "325xi", "328i", "328xi", "330i", "330xi", "335i" və "335xi" modelləridir. Həmçinin, şirkət 10 min 89 ədəd "325xi", "328i" və "328xi" avtomobilləri ehtiva edən 2006-2012-cı illərdə istehsal olunan "SportWagon"ları da yoxlayır. Bundan başqa, 5677 ədəd 2009-2011-ci il istehsalı olan "335d" model sahibləri isə dilerlərə çağırılır. 

Qeyd edək ki, "BMW" bu problemə görə indiyə kimi heç bir avtomobilin qəza törətmədiyini açıqlayıb. Buna rəğmən, təhlükənin qarşısını almağa çalışdıqları vurğulanıb. 

Pərviz

0