Hələ də taksilər "Prius"dan istifadə edirlər? - Bunun qarşısını necə almaq olar?

AVTO
15:02 / 16.07.2024
1002

Taksilərlə bağlı yeni qaydalar qüvvəyə minsə də bəzi məsələlərdə dəyişiklik gözə dəymir. 

Məsələn, hələ də "Prius" və buraxılış ili köhnə olan avtomobillərin taksi kimi fəaliyyət göstərdiyini görürük. Hətta tətbiqlər vasitəsilə taksi sifariş verəndə başqa avtomobil görünsə də, gələndə "Prius"larla qarşılaşırıq. 

Bəs bu qanun pozuntularının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, taksi kimi fəaliyyət göstərən avtomobillərə konkret olaraq buraxılış ili tələbinin qoyulması başqa alternativlər vermir:

354264

"Ona görə də taksi kimi istifadə olunan avtomobillər müasirləşməlidir. Onlar komfortlu və müəyyən kateqoriyalara uyğun avtomobillər olmalıdır. Burada başqa meyar görmürəm".

Ekspert sözügedən problemin həlli yolunu maarifləndirmə tədbirlərində görür:

"Bu prosesdən yayınmağın əsas çıxış yolunun təbliğat və maarifləndirmə olduğunu düşünürəm. Həmçinin, başqa yollara əl atan şəxslərin marağını azaldacaq addımlar atılmalıdır. Amma burada cərimə mexanizmini nəzərdə tutmuram.

Konkret olaraq maarifləndirmə və müəyyən kompensasiyaların təyin olunması kimi məsələlər gündəmə gələ bilər. Elə etmək lazımdır ki, taksi sürücüləri avtomobillərini rahat şəkildə dəyişə bilsinlər. Hətta banklar da bu sahədə onlara dəstək ola bilər. Bunlar atılacaq addımlar siyahısında vacib olanlardır".

Pərviz

0