"Porsche"nin yeni elektromobilinin xüsusiyyətləri nələrdir? - FOTOLAR

AVTO
09:19 / 18.07.2024
985

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Porsche" yeni elektromobilini təqdim edib.

Hit.az xəbər verir ki, "Macan" adlı avtomobil 3 versiyada satışa çıxarılıb.

Beləliklə, şirkət ilk dəfə olaraq daxili yanma mühərriki olan modeli elektrikləşdirib. Üstəlik, bu avtomobillər 100 faiz elektrikli olacaq.

Sözügedən modelin mühərriki arxaya qoyulub. Avtomobil 335 at gücünə malikdir. Bu isə o deməkdir ki, elektrikli "Macan" benzinli modellərindən daha böyük gücə sahibdir. Üstəlik, avtomobil 100 kilometr sürətə sadəcə 5,4 saniyədə çatır. 

Elektrikli "Porsche Macan"ın qiyməti isə 77 min 925 dollardan başlayır. Avtomobilin ilin sonuna qədər Avropanın və dünyanın böyük bazarlarında satışa çıxacağı açıqlanıb. 

Pərviz

0