Dünyanın ən populyar avtomobil brendlərindən olan "Ferrari"nin yeni elektromobili səbirsizliklə gözlənilir.
Hit.az bildirir ki, 2025-ci ildə təqdim olunacaq modelə maraq olduqca böyükdür.
Artıq avtomobilin test sürüşləri də keçirilib. Uğurlu keçən sürüşlərdə elektrikli "Ferrari" bir neçə min kilometr məsafəni problemsiz şəkildə qət edib.
Onu da qeyd edək ki, 2026-cı ilə satışa çıxarılacaq avtomobillə bağlı son günlərdə inanılmaz bir iddia yayılıb. Belə ki, "Ferrari"nin böyük maraqla gözlənilən elektromobilinin 500 min dollara satışa çıxarılacağı ilə bağlı ehtimallar səsləndirilib. Lakin şirkətin sözügedən iddialara reaksiyası gecikməyib.
"Ferrari"nin rəhbəri Benedetto Vigna avtomobilin 500 min dollara satılacağı barədə xəbərləri təkzib edib. O, buna baxmayaraq elektromobilin qiymətinin "sürpriz" olacağını deyib.
Pərviz