İsveçin məşhur avtomobil brendi "Volvo"nın satışlarında azalma olacaq.
Hit.az xəbər verir ki, sözügedən azalma cari ilin sonunda özünü göstərəcək.
Buna səbəb isə şirkətin istehsal etdiyi elektrikli avtomobillərə marağın azalmasıdır. 2013-cü ildə 708 min 716 ədəd avtomobil sataraq rekord qıran "Volvo"da bu il işlər yolunda getmir. Hətta şirkət özü də il sonu gözləntilərini aşağı salmağa məcbur olub.
Əslində "Volvo"nun cari ildəki satışları yaxşı olsa da, il sonu üçün satışların azalacağı proqnozlaşdırılır. Belə ki, hazırda şirkətin "EX30" adlı avtomobili Avropa İttifaqı ölkələrində ən çox satılan üçüncü avtomobildir. Lakin dünya miqyasında isə bir müddətdir geriləyir.
Həmçinin, Avropa İttifaqının Çinə yeni vergi tətbiq etməsi "Volvo"ya da təsir edəcək. Çünki brendin avtomobillərinin bir hissəsi Çində istehsal olunur. Bu isə o deməkdir ki, "Volvo"nun Çində istehsal etdiyi modellərə əlavə 37,6 faiz vergi tətbiq olunacaq. Bütün bu səbəblərə görə "Volvo"nun satışlarında ilin sonuna qədər kəskin azalma olacağı gözlənilir.
Pərviz