2024-cü ilin ilk 6 ayında ən çox hansı avtomobillər satılıb? - SİYAHI

AVTO
09:47 / 23.07.2024
1083

2024-cü ilin ilk 6 ayında Avropada ən çox satılan avtomobillərin adı məlum olub.

Hit.az xəbər verir ki, bu barədə "Jato Dynamics" məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk yarısında Avropada 6 milyon 847 min 842 ədəd avtomobil satılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.  

Cari ilin ilk yarısında Avropada ən çox satılan avtomobil "Dacia Sandero" olub. Sözügedən dövrdə ən çox satılan elektromobil isə olaraq "Tesla Model Yise" zirvədə yer alıb. Buna rəğmən, elektromobillərə olan marağın azalması da diqqət çəkib.

2024-cü ilin ilk 6 ayında Avropada ən çox satılan avtomobillər aşağıdakılardır:
1. "Dacia Sandero": 143 min 596 ədəd
2. "Volkswagen Golf": 126 min 993 ədəd
3. "Renault Clio": 114 min 623 ədəd
4. "Volkswagen T-Roc": 111 min 381 ədəd
5. "Peugeot 208": 107 min 97 ədəd
6. "Skoda Octavia": 102 min 945 ədəd
7. "Citroen C3": 102 min 304 ədəd
8. "Tesla Model Y": 101 min 181 ədəd
9. "Toyota Yaris Cross": 99 min 694 ədəd
10. "Toyota Yaris": 93 min 576 ədəd

Cari ilin yanvar-iyun aylarında Avropada ən çox satılan elektromobillər isə bunlardır:
1. "Tesla Model Y": 101 min 181 ədəd
2. "Tesla Model 3": 58 min 400 ədəd
3. "Volvo EX30": 36 min 980 ədəd
4. "MG4": 31 min 922 ədəd
5. "Volkswagen ID.4": 29 min 146 ədəd
6. "Volkswagen ID.3": 29 min 136 ədəd
7. "Skoda Enyaq": 25 min 248 ədəd
8. "Volvo EX40" (XC40 Recharge): 25 min 223 ədəd
9. "BMW iX1": 24 min 506 ədəd
10. "Audi Q4 e-tron": 24 min 456 ədəd

Pərviz

0