"Ford Focus"un əsas problemləri nələrdir?

AVTO
10:00 / 24.07.2024
915

"Ford"un ən çox şikayət olunan modellərindən biri "Focus"dur.

Hit.az xəbər verir ki, sürücülərin sözügedən modeldən şikayətləri durmadan artır.

Onlar, "Ford Focus" avtomobilinin çox xərcli olmasından gileylənirlər. Sürücülər avtomobildə mühərrik və mufta problemləri ilə sıx qarşılaşdıqlarını bildirirlər. Həmçinin, həmin modeli uzun müddət sürdükdən sonra səslər gəldiyinə dair də şikayətlər var. 

Ən ciddi nöqsanların isə sürət qutusunda olduğunu deyə bilərik. Sürücülərin də böyük əksəriyyətinin şikayəti məhz bundan qaynaqlanır. Onlar, 1-dən 2-yə keçərkən avtomobilin silkələndiyi söyləyirlər. Müştərilər tez-tez sürət qutularının ödənişsiz şəkildə dəyişdirilməsi üçün dilerlərə müraciət etdiklərini, amma istəklərinin yerinə yetirilmədiyini deyirlər. 

Qeyd edək ki, sadalanan problemlərlə təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində olan sürücülər qarşılaşırlar. Ölkələr fərqli olsa da, şikayətlərin eyni olması "Ford"a olan təpkiləri daha da artırır... 

Pərviz

0