Böyük marağa səbəb olan "JAECOO"-nun hansı xüsusiyyətləri var? - FOTOLAR

AVTO
10:24 / 31.07.2024
1015

Çinin məşhur avtomobil brendi "Chery"-nin yeni avtomobili "JAECOO" diqqət çəkməyə davam edir. 

Hit.az xəbər verir ki, "JAECOO 7" və "JAECOO 8" modellərinə maraq kifayət qədər yüksəkdir.

Sözügedən avtomobillər sadəcə 1 il ərzində artıq dünyanın 37 ölkəsində satışa çıxarılıb. 1,1 milyondan çox istifadəçinin diqqətini cəlb edən "JAECOO"-nun dünyada 873 diler şəbəkəsi fəaliyyətə başlayıb.

Yaxın zamanda qardaş Türkiyə bazarına da daxil olacaq modelin qarşıdakı 3 il ərzində İspaniya, İtaliya və Polşa bazarlarında da satılacağı açıqlanıb. Üstəlik, "JAECOO"-nun yaxın perspektivdə dünyada 60-dan çox bazarda satışda olacağı proqnozlaşdırılır. Avtomobillərin satış qiyməti isə 50 min dollardan başlayır. 

Qeyd edək ki, sözügedən avtomobillər istənilən şəraitdə sürüş üçün uyğundur. Hətta suda, palçıqda və qarda da rahat şəkildə hərəkət edə bilir. Modellərin 5 fərqli rəng variantı alıcılara təqdim olunur. Avtomobilin mühərrik həcmi isə 1,6 litr benzindir. 

Həmçinin, 1,5 litr olan hibrid versiya da mövcuddur. Tamamilə elektrikli sürüş mənzili 75 min kilometrdir. Bundan başqa, "JAECOO" modellərinin 100 kilometr məsafə üçün 7,5 litr benzin istifadə etdiyi vurğulanıb. Onu da əlavə edək ki, bu modellerin "Chery Tiggo 8"-dən üstün olduğu deyilir. Avtomobildə 10 ədəd hava yastığının olduğu da bildirilib. 

Pərviz

0