"BMW 5 Touring"-in ilkin xüsusiyyətləri BƏLLİ OLDU

AVTO
11:07 / 02.08.2024
915

Tezliklə "BMW 5 Touring" modeli təqdim olunacaq.

Hit.az xəbər verir ki, sözügedən təqdimat 15 avqust tarixində baş tutacaq.

Avtomobilin kütləvi istehsalı isə cari ilin noyabr ayında başlayacaq. Bu modelin ilk tədarükü isə gələn ilin yazında həyata keçiriləcək.

Lakin "BMW 5 Touring"-in texniki xüsusiyyətləri hələlik açıqlanmayıb. Buna baxmayaraq, onun sedanla eyni enerji yığa bilən hibrid V8 konfiqurasiyasına sahib olacağı məlumdur. Avtomobildə iki turbo mühərrik olacaq. Onlardan biri 4,4 litrlik benzin, digəri isə elektrik mühərrikidir. Bu isə o deməkdir ki, "BMW 5 Touring" 727 at gücünə malik olacaq. 

Qeyd edək ki, sözügedən avtomobilin 146 min avrodan başlayan qiymətlə satışa çıxarılacağı gözlənilir. 

Pərviz

0