"Vita"lar bir zamanlar "Opel"in ən çox satılan modellərindən idi.
Hit.az bildirir ki, sözügedən avtomobil ekonom olduğu üçün çox sevilirdi.
Lakin hələ də bu avtomobildən istifadə edənlərin sayı az deyil. Müasir və elektrikli avtomobillərin bu qədər çox yayılmasına baxmayaraq, "Vita" alanlara rast gəlmək mümkündür.
Düzdür, sözügedən avtomobillərin ili köhnədir. Amma buna rəğmən, hər gün avtomobil satılan elan saytlarında və maşın bazarlarında bu modellərin satışa çıxarıldığını müşahidə edirik. Üstəlik, yaxşı vəziyyətdə olan "Vita"lar qısa müddət ərzində satılır. Mühərrik həcminin 1,4 litr olması da bu avtomobilləri daha da arzuolunan edir.
Ümumiyyətlə, "Vita"lar neçəyədir?
Satışda olanlar əsasən 1995, 1996, 1997, 1998 və 1999-cu ildə istehsal olunan "Vita"lardır. Qiymətlər isə 4 min manatdan 6 min manata qədərdir. Buraxılış ilinin köhnə olması və bir çox yeni funksiyalarına sahib olmaması səbəbindən qiyməti aşağıdır. Lakin bu qiymət aralığında yaxşı vəziyyətdə "Vita" tapmaq mümkündür.
Pərviz