Çexiyanın nəhəng avtomobil istehsalçısı "Skoda" uğurlu göstəriciləri ilə diqqət çəkir.
Hit.az xəbər verir ki, şirkətin Avropa satışları 2024-cü ilin ilk 6 ayında rekord qırıb.
Belə ki, "Skoda" Avropadakı satışlarını cari ilin yanvar-iyul ayını ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artışla bitirib. 6 ay ərzində 448 min 600 avtomobil satılıb. Şirkət sözügedən dövrdə satışdan 13,652 milyard avro gəlir əldə edib. "Skoda"nın kar artışı isə 1,149 milyard avro olub. "Skoda" satışlarının 24 faizini "Octavia" modeli təşkil edib.
Qeyd edək ki, "Skoda" Avropadakı satışlarda ilk dəfə 4-cü sıraya yüksəlib. Şirkətin avtomobillərinin ən çox satdığı Avropa bazarları isə Almaniya, Böyük Britaniya, Polşa və Fransa olub.
Pərviz