Çin avtomobillərinin Avropa satışı kəskin azaldı - ŞOK SƏBƏB

AVTO
11:55 / 21.08.2024
1122

Çinin avtomobil markalarının Avropadakı satışları azalıb.

Hit.az xəbər verir ki, Avropa İttifaqı ölkələrində Çin avtomobillərinə tətbiq olunan yüksək vergilər buna səbəb olub.

Belə ki, Avropa İttifaqı ölkələrində bəzi  Çin avtomobillərinə tətbiq olunan vergilər 48 faizə qədər artırılıb. Avropa ölkələri Çin istehsalı avtomobillərin bazardakı rəqabət gücünü azaltmağı və yerli modelləri dəstəkləmək üçün bu addımı atıblar. Lakin bu, Çin markaların çətin günlər yaşamasına gətirib çıxarıb. 

Artıq sözügedən ölkənin avtomobil markalarının satışları kəskin azalıb. Konkret olaraq, Çinin "BYD" və "MG" şirkətlərinin ötən ay Avropa İttifaqı ölkələrində satdığı elektromobil sayı iyul ayı ilə müqayisədə 45 faiz azalıb. Çin avtomobillərini satışı bu dövrdə Almaniyada 13 faizdən 8 faizə, Fransada isə 8 faizdən 5 faizə düşüb.

Qeyd edək ki, Pekin hökuməti mövcud problemi həll etmək üçün danışıqlar aparır. Lakin Çin problemin həll olmayacağı təqdirdə misilləmə ilə cavab verəcəyini bəyan edib. 

Pərviz

0