İsveçin nəhəng avtomobil istehsalçısı "Volvo" yeni modelini təqdim etməyə hazırlaşır.
Hit.az xəbər verir ki, sözügedən model "2025 Volvo XC90" adlanır.
Avtomobilin təqdimatı isə 4 sentyabrda baş tutacaq. Hibrid mühərrikli yenilənən model daha modern görünüşə sahibdir. Avtomobil son texnoloji yenilikləri də özündə cəmləşdirib.
Yeniliklər arasında qabaqcıl sürücüyə yardım sistemləri, innovativ məlumat-əyləncə sistemi, elektrik və ya hibrid mühərrik seçimlərinin daxil olacağı gözlənilir.
Qeyd edək ki, yenilənən "Volvo XC90" modelinin qiyməti hələlik açıqlanmayıb.
Pərviz