Elektrikli "Range Rover"ə maraq BÖYÜKDÜR

AVTO
12:09 / 26.08.2024
1130

Dünyanın ən prestijli avtomobil markalarından olan "Range Rover"in elektrikli modeli təqdim olunacaq.

Hit.az xəbər verir ki, şirkətin uzun müddətdir üzərində çalışdığı elektrikli avtomobilə olan maraq olduqca böyükdür.

Belə ki, bu model artıq 42 mindən çox ön sifariş alıb. Bu rəqəmin yaxın zamanda daha da artacağı istisna edilmir. Sözügedən avtomobilin indiyə kimi istehsal olunmuş ən səssiz "Range Rover" olacağı bildirilir. Bundan başqa, şirkət 2030-cu ilə qədər bütün modellərini elektrikli edəcəyini də açıqlayıb. 

Qeyd edək ki, "Range Rover Electric" 2024-cü ilin sonuna doğru satışa çıxarılacaq. Avtomobilin texniki göstəriciləri və qiyməti ilə bağlı isə hələlik dəqiq məlumat yoxdur.

Pərviz

0