Dünya nəhəngi "Mercedes" bəzi avtomobillərin istehsalını yavaşlatmağa qərar verib.
Hit.az xəbər verir ki, bu qərar "S" seriyalı modellərə şamil olunacaq.
Buna səbəb tələbatın gözləntiləri qarşılaya bilməməsi olub. Hətta sözügedən modellərin istehsalında çalışan işçilərin əksəriyyəti başqa yerlərə göndərilib. Şirkəti "S" seriyalı modellərin hamısının satışlarının azaldığını açıqlayıb.
Məlumat üçün bildirək ki, sözügedən avtomobillər cari ilin 6 ayı ərzində sadəcə 33 min 400 ədəd satılıb. Bu isə satışların 25 faiz azalması deməkdir.
Pərviz