"Volkswagen" yeni modelini təqdim etdi, amma sadəcə...

AVTO
11:30 / 03.09.2024
1097

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" yeni modelini təqdim edib. 

Hit.az xəbər verir ki, "Passat Pro" adlanan model hazırda sadəcə Çin bazarı üçün xüsusi olaraq istehsal olunub.

Avtomobil 2.0 L mühərrikə malikdir, 217 at gücündədir. Model 7 pilləli DSG avtomatik transmissiya ilə təchiz edilib. 

Bu avtomobilin daxilində texnologiya həvəskarlarını sevindirəcək üç ekranlı kokpit də var. Belə ki, 10,3 düymlük ekran, 15 düymlük əsas multimedia ekranı və 11,6 düymlük sərnişin ekranı mövcuddur. Salonda istifadə edilən 30 fərqli rəngdə tənzimlənə bilən mühit işıqlandırma da modelə xüsusi gözəllik verir. Bundan başqa, oturacaqlar qızdırılma və soyudulma funksiyaları ilə təchiz edilib. 

Qeyd edək ki, "Volkswagen Passat Pro" hazırda sadəcə Çində satılır. Lakin sözügedən modelin gələcəkdə dünya bazarına da çıxarılma ehtimalı yüksəkdir.

Pərviz

0