"Audi"nin yeni modelləri neçəyə olacaq? - QİYMƏTLƏR

AVTO
12:17 / 04.09.2024
494

Dünyanın ən prestijli avtomobil markalarından olan "Audi" yeni modellərini təqdim edib.

Hit.az xəbər verir ki, şirkət SUV modeli "Q5"-in 2025-ci il üçün yeniləndiyini açıqlayıb.

Sözügedən modelin bu dəfə benzinlə çalışan versiyası da istehsal olunub. Həmin avtomobillər isə "SQ5" adlanır. Həmçinin, gələcəkdə "Audi"nin şarj ediləbilən hibrid "Q5" versiyalarını da istehsal edəcəyi deyilir. 

Yenilənən standart "Q5" 268 at gücündədir və 2 litrlik dörd silindirli mühərrikə sahibdir. "SQ5" isə 362 at gücü və 3 litrlik V6 turbo mühərrikə malikdir. 

Qeyd edək ki, "Audi"nin yenilənən "Q5" avtomobili Avropada 52 min 300 avrodan satışa çıxarılacaq. "SQ5" modeli isə 82 min 900 avrodan başlayan qiymətlə bazara daxil olacaq. 

Pərviz

0