İngiltərənin idman avtomobilləri istehsalçısı "Ginetta" yeni modelini təqdim edib.
Hit.az xəbər verir ki, illərdir gözlənilən "Akula" adlı model satışa çıxarılıb.
Belə ki, sözügedən avtomobil ilk dəfə 2019-cu ildə tanıdılmış və 2020-ci ilin yanvar ayında satışa çıxarılacağı açıqlanmışdı. Lakin proses proqnozlaşdırılandan daha uzun çəkdi. Buna baxmayaraq, avtomobil artıq tam hazırdır.
İndi isə bu avtomobilin xüsusiyyətlərinə nəzər salaq. "Akula" 6.4 litrlik mühərrikə sahibdir. Üstəlik, 609 at gücünə malikdir. Bu model bazardakı əksər super avtomobillərdən daha yüngüldür. Onun həcmi 1190 kiloqramdır.
"Akula" altı pilləli mexaniki transmissiya vasitəsilə bütün gücünü arxa təkərlərə ötürür. Həmçinin, iki muftalı yeddi pilləli avtomatik transmissiyaya da üstünlük verilə bilər. Sözügedən idman avtomobili 0-dan 100 kilometr sürətə isə sadəcə 2,9 saniyədə çata bilir.
Maraq üçün qeyd edək ki, bu avtomobildən sadəcə 20 ədəd istehsal olunacaq. Ona görə də qiyməti kifayət qədər yüksəkdir. Belə ki, "Akula" 275 min funt sterlinqdən satışa çıxarılıb.
Pərviz