Azərbaycanda "Hyundai Sonata"lar neçəyə satılır? - ŞOK QİYMƏTLƏR

AVTO
14:20 / 19.09.2024
141

Cənubi Koreyanın "Hyundai" brendi dünyanın ən çox istifadə edilən avtomobillərindən biridir. 

Hit.az bildirir ki, sözügedən markaya ölkəmizdə də kifayət qədər böyük tələbat var. 

Bir çox avtomobili sevilən brendin xüsusilə "Sonata" modeli daha populyardır. İlk dəfə 1985-ci ildə istehsal olunan model illər keçdikcə yeniləndi və inkişaf etdi. Hətta 2000-ci illərdə "Hyundai Sonata" dünyanın ən lüks sedan avtomobili adlandırılırdı. Hazırda bu modelin 6-cı nəsil avtomobilləri istehsal olunur. Son illərdə ən çox istifadə olunan "Sonata"lar 1.6, 2.0 və 2.4 L mühərrikə sahib modellərdir. 

Bəs hazırda ölkəmizdə ikinci əl maşın bazarında "Hyundai Sonata" modelləri neçəyədir? 

Bununla bağlı maşın bazarları və avtomobil elanlarında olan "Sonata"larla maraqlandıq. Əsasən son 10 il ərzində istehsal olunan modellərə baxdıq. Məlum oldu ki, qiymətlər kifayət qədər yüksəkdir. 2014-cü ildən sonra istehsal olunan "Hyundai Sonata"nın ən ucuzu 18 min manatdır. 

Onların qiymətləri yüksələn xətlə artır. İkinci əl olmasına baxmayaraq, sözügedən model 25, 30, 35 min kimi qiymətlənlərə təklif olunur. Həmçinin, ən son versiyaları isə 40, 50 və 60 min, hətta daha baha qiymətlərə satışa çıxarılıb. 

Pərviz
 

0