"Hyundai" yeni idman modeli istehsal edir: Necə görünəcək? - FOTOLAR

AVTO
10:13 / 23.09.2024
63

Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Hyundai" yeni modelini təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, yeni model "Loniq 6 N" adlanır.

Həmin model 2025-ci ilin sentyabr ayında təqdim olunacaq. Bu idman modeli də elektromobil olacaq. "Loniq 6 N"-nin 650 at gücündə olması gözlənilir. Sözügedən model 88,4 kVt/saatlıq akkumulyatora sahib olacaq. 

Qeyd edək ki, "Hyundai" brendinin "Loniq 6 N" avtomobilinin necə görünəcəyinə dair hələ ki, heç bir məlumat və ya foto paylaşılmayıb. Buna baxmayaraq, həmin modelin necə görünəcəyinə dair ehtimal fotoları isə sosial şəbəkələrdə yayılıb. Sözügedən fotoları təqdim edirik:

Pərviz

0