"Fiat" elektrikli avtomobil istehsalını dayandırdı - ŞOK SƏBƏB

AVTO
10:00 / 26.09.2024
836

İtaliyanın dünyaca məşhur avtomobil brendi "Fiat"ın son addımı diqqət çəkib.

Hit.az xəbər verir ki, şirkət "500e" adlı elektromobilinin istehsalını dayandırıb.

Səbəb isə sözügedən avtomobilə marağın az olmasıdır. Buna görə də həmin elektrikli modelin istehsalının 1 ay dayandırıldığı açıqlanıb. Bu isə o deməkdir ki, 2007-ci ildən bəri ilk dəfə Avropada bir müddət də olsa "Fiat 500" modeli istehsal olunmayacaq. Bu qərarın müddətinin artırılıb-artırılmayacağı isə bəlli deyil. 

Qeyd edək ki, tələbin az olmasına görə istehsalı dayandıran yeganə avtomobil brendi "Fiat" deyil. Daha əvvəl də "Toyota", "Mercedes", "Ford", "Volvo" və "GM" kimi şirkətlər də anoloji addımı atıblar. 

Pərviz

0