Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Kia" yeni elektromobil istehsal edəcək.
Hit.az xəbər verir ki, yeni model "EV4" adlanacaq.
Sedan tipli avtomobil təxminən 35 min dollardan satışa çıxarılacaq. Lakin buna baxmayaraq, "Kia" daha ucuz elektrikli avtomobillər üzərində də çalışır. Belə ki, şirkət daha böyük kütlələrə çatmaq üçün qiyməti 22 min dollardan başlayacaq bir elektromobil daha istehsal edəcək. Bu avtomobilin adı isə hələlik bəlli deyil.
"Kia" bu həmləsi ilə elektrikli avtomobillərin baha olduğu fikrini yox etməyə çalışır. Şirkət rəhbərliyi hesab edir ki, belə qiymətlə avtomobil daha çox satılacaq. Amma bir nüans var ki, sözügedən avtomobilin 2030-cu ildən daha tez istehsal olunması gözlənilmir.
Pərviz