İngiltərənin brendinə çevrilən avtomobil istehsalçısı "Jaguar Land Rover" gələcəyə böyük investisiya yatırıb.
Hit.az xəbər verir ki, şirkət İngiltərədə yerləşən ən köhnə fabriklərindən birini yeniləməyə qərar verib.
Üstəlik, bunun üçün 500 milyon funt-sterlinq vəsait xərclənəcəyi də açıqlanıb. Hətta şirkət "gələcəyin elektrikli fabrikini" qurduğunu elan edib.
"Jaguar Land Rover"in planlarında 18 min günəş panelinin quraşdırılması və müxtəlif ölçülü elektrik avtomobillərinin istehsalına imkan yaratmaq üçün fabrikin geniş şəkildə yenidən təşkili üçün müxtəlif detallar daxildir. Yeni fabrikdə elektrikli modellərlə yanaşı, onların bütün hissələri də istehsal olunacaq.
Şirkət bu addımları 2030-cu ildən etibarən sadəcə elektrikli avtomobil satmaq məqsədilə atıb. Həmçinin, 2039-cu ilə qədər emissiyaların sıfırlanması da hədəflənir.
Pərviz