"BYD" yeni modelini bu tarixdə təqdim edəcək - FOTOLAR

AVTO
13:09 / 08.10.2024
90

Çinin nəhəng avtomobil istehsalçısı "BYD" yeni modelini təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, yeni model "Sealion 7" adlanır.

Onun 14 oktyabrda başlayacaq Paris Avtomobil Sərgisində təqdim olunacağı açıqlanıb. Avtomobilin həm hibrid, həm də elektromobil versiyası satışa çıxarılacaq. "Sealion 7" avtomobilinin "Tesla Model Y"-yə rəqib olacağı proqnozlaşdırılır. 

Üstəlik, "Sealion 7" "BYD"-nin Avropadakı ən inkişaf etmiş modeli olacaq. Sözügedən model uzunluğu 4830 mm, eni 1925 mm, hündürlüyü isə 1620 mm-dir.

Pərviz

0