İtaliyanın nəhəng avtomobil istehsalçısı "Alfa Romeo" "Tonale" adlı yeni modelini təqdim edib.
Hit.az xəbər verir ki, avtomobil Paris Avtomobil Sərgisində nümayiş olunub.
Sözügedən modelin Avropada 3 fərqli versiyası satışa çıxarılacaq. Birincisi, 130 at gücünə malik 1,6 litrlik turbo dizel mühərrikli modeldir. İkincisi, 160 at gücünə malik 1,5 litrlik benzin mühərrikə malik avtomobildir. Üçüncüsü isə 280 at gücü "Plug-in Hybrid Q4" modelidir.
Bu modellərin ABŞ-də isə 2026-ci ildə satışa çıxarılaq. Orada 2025-ci ildə sadəcə "Tonale" modelinin sadələşdirilmiş versiyası satılacaq.
Qeyd edək ki, "Alfa Romeo Tonale" avtomobilinin qiyməti isə 48,195 min dollardan başlayacaq.
Pərviz