Taksi sürücüləri hələ də "Prius"dan istifadə edirlər?

AVTO
14:00 / 15.10.2024
984

Son zamanlarda "Toyota Prius" markalı avtomobillərin taksi kimi fəaliyyəti xeyli azalıb. 

Taksilərlə bağlı qüvvəyə minən yeni qaydalar buna səbəb olub. Onların istehsal tarixinin köhnə olması artıq "Prius"ları taksi kimi sıradan çıxarıb. Ona görə də taksi şirkətləri yeni avtomobillərə üstünlük verirlər. 

Lakin bütün bunlara baxmayaraq, yenə də bəzi taksi sürücülərinin sözügedən modeldən istifadə etdiyini görürük. Yəni yenə də taksi sifariş verərkən "Prius"lara qarşılaşırıq. 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, hal-hazırda "Prius"ların taksi kimi fəaliyyət göstərməsi məhdudlaşdırılıb:

360207

"Taksilərlə bağlı yeni qəbul olunan qaydalardan sonra "Prius"ın bu sahədə istifadəsi xeyli çətinləşib. Onların istehsal tarixinin köhnə olması taksi fəaliyyəti kimi istifadəsini məhdudlaşdırır. Amma bu və ya digər formada yenə də "Prius"ların taksi kimi xidmət göstərdiyini görürük. Zamanla onların qarşısı tamamilə alınacaq və şirkətlər taksi xidmətində tamamilə digər modellərə yönələcəklər". 

Ekspert ümumiyyətlə taksi sürücülərinin nə üçün "Prius"lardan istifadə etməsi barədə də danışıb:

"Əslində "Prius" taksi üçün daha sərfəlidir. Həmçinin, qiymətləri də olduqca münasibdir. Ona görə də taksi şirkətləri tərəfindən kütləvi şəkildə istismar edilirdi. Lakin qəbul edilən yeni qaydalardan sonra sözügedən avtomobillərin taksi kimi fəaliyyətini tamamilə dayanacaq. Artıq daha sərfəli, ekonom və təhlükəsiz modellər istismar olunacaq". 

Pərviz

0