Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Hyundai" modelləri dünyada kifayət qədər populyardır.
Həmin modellərdən biri də "Elantra"dır. Bu, avtomobil 1990-ci ildən bəri "Hyundai" tərəfindən istehsal olunur. "Elantra"nın 1995-ci ildə ikinci, 2000-ci ildə üçüncü, 2006-cı ildə dördüncü, 2010-cu ildə beşinci, 2016-cı ildə isə altıncı nəsli təqdim olundu. Avtomobilin 1.6 benzin və 2.0 L dizel mühərriklərinə sahib versiyaları var.
Olduqca çox satılan "Elantra"lara maraq kifayət qədər böyükdür. Biz də sözügedən modelin ikinci əl satış qiymətləri ilə tanış olmaq qərarına gəldik.
Hit.az-ın əməkdaşı bununla bağlı maşın bazarları və avtomobil elanı saytlarındakı qiymətlərlə tanış olub. 2016-cı ildən indiyə kimi istehsal olunan "Elantra" modelləri ilə maraqlandıq. Qarşımıza olduqca baha qiymətlər çıxdı.
Belə ki, sözügedən kriteriyaya uyğun ən ucuz avtomobil qiyməti məhz 20 min manatdan başlayır. Qeyd edək ki, istehsal ili yeniləndikcə qiymətlər də yüksəlir. Yəni 2017, 2018, 2019 kimi illər artıqca "Elantra"nın qiyməti də bahalaşır. Ən son modelləri isə 40-50 min manata satılır.
Pərviz