ABŞ-nin elektromobil istehsalçısı "Tesla" sürpriz addım atıb.
Hit.az xəbər verir ki, şirkət "Model Y" və "Model 3" avtomobillərini ucuzlaşdırıb.
Artıq bununla bağlı qərar verilib. Üstəlik, bu endirimin təxminən 4 min dollar olduğu deyilir. Belə ki, "Model Y"-nin qiymətləri 44 min 990 dollardan 41 min 390 dollara qədər ucuzlaşıb. "Model 3"-ün qiyməti isə 43 min 490 dollardan 40 min 10 dollara düşüb.
Qeyd edək ki, "Tesla" 2023-cü ildə 1 milyon 808 min 581 avtomobil tədarük edib. Şirkət keçən illə müqayisədə artıma nail olmaq üçün dekabrın sonuna qədər üç ayda ən az 514 min 926 avtomobil təslim etməlidir. Elə bu səbəbdən də qiymətlər ucuzlaşdırılıb.
Pərviz