"Opel" yeni modelini təqdim etdi - QİYMƏT/FOTO

AVTO
11:50 / 24.10.2024
72

Almaniyanın nəhəng avtomobil brendi "Opel" yeni model istehsal edib.

Hit.az xəbər verir ki, "Mokka" adlı yeni model təqdim olunub.

Daha doğrusu, sözügedən model yenilərək 2025-ci ildə satışa çıxarılacaq versiyası hazırlanıb. 

Model standart olaraq 10 düymlük rəqəmsal alət paneli təklif edir. Yeni məlumat-əyləncə sistemi müasir funksiyalara malikdir. Sükan da müasir və erqonomik quruluşda dizayn olunub. Yeni "Opel Mokka" "Edition" və "GS" avadanlıq paketləri ilə satışa çıxarılacaq. Avtomobilin elektrikli modeli 403 kilometr mənzilə sahib olacaq. Hibrid model isə 1,2 L mühərrikə malikdir. 

Qeyd edək ki, "Opel Makka" avtomobili ilk olaraq Almaniyada satışa çıxarılacaq. Avtomobilin qiyməti 26 min 740 avrodan başlayacaq. 

Pərviz

0