"Tesla"nın ucuz avtomobili bu tarixdə SATIŞA ÇIXACAQ

AVTO
11:01 / 25.10.2024
67

ABŞ-nin elektromobil istehsalçısı "Tesla" uzun müddətdir gözlənilən addımı atıb.

Hit.az xəbər verir ki, şirkət ucuz modelini satışa çıxarmağa hazırlaşır.

Bu addımlar satışları yüksəltmək məqsədilə atılıb. Uzun modelin 2025-ci ilin əvvəlində satışa çıxarılacağı bildirilir. Bununla da yeni ilin ilk rübündə yüksək satış rəqəmlərinə çatmaq hədəflənir. 

"Tesla" yeni modellərin mövcud istehsal xətlərində istehsal ediləcəyini və inkişaf prosesini sürətləndirəcəyini açıqlayıb. Həmçinin, bu strategiyanın şirkətə daha tez və səmərəli avtomobil istehsal etməyə imkan verməklə xərcləri azaltmağa kömək edə biləcəyi qeyd olunur.

Avtomobilin 25 min dollardan satışa çıxarılacağı proqnozlaşdırılır. Üstəlik, satışlar istənilən səviyyədə olmasa, qiymət daha da aşağı düşə bilər.

Pərviz

0