Xüsusi avtomobillər satışa çıxdı - FANTASTİK QİYMƏTLƏR

AVTO
11:27 / 28.10.2024
43

İngiltərənin avtomobil istehsalçısı "Aston Martin" özəl modellərini satışa çıxarıb. 

Hit.az xəbər verir ki, sözügedən avtomobillər şirkətin ən çox satılan satılan avtomobillərinin yenilənmiş versiyalarıdır. 

Bu modellərdən biri "GT Zagato"dır. Ondan sadəcə 19 ədəd istehsal edilib.  770 at gücündə olan avtomobilin qiyməti 8 milyon dollara yaxındır. 

"Vanquish Speedster" modeli isə sadəcə 28 ədəd olacaq. Avtomobil 660 at gücündədir, 6.0 L mühərrikə sahibdir. 0-dan 100 kilometr sürətə 3,5 saniyədə çatır. Dəyəri təxminən 1 milyon dollardır. 

"Vanquish Zagato Volante" və "Vanquish Shooting Brake" modellərindən isə 99 ədəd istehsal olunub. 

Ən iddialı model isə "Works"dur. Bu avtomobilin qiymətinin 50 milyon dollardan baha olacağı proqnozlaşdırılır. Lakin sözügedən modeldən nə qədər istehsal olunacağı da məlum deyil. 

Pərviz

0