Almaniyanın nəhəng avtomobil istehsalçısı "Audi" yeni modelini təqdim edib.
Hit.az xəbər verir ki, sözügedən model "RS Q8" adlanır.
Onun indiyə qədər istehsal olunan ən güclü benzinli "RS" modeli olduğu açıqlanıb. Avtomobil 631 at gücündə olacaq. "RS Q8" iki turbolu 4,0 litrlik V8 mühərrikinə sahibdir. Model 8 pilləli "Tiptronic" avtomatik transmissiyaya malikdir. Bu avtomobil 0-dan 100 kilometr sürətə 3,4 saniyədə çatır. Onun maksimal sürəti isə 305 km/saatdır.
Qeyd edək ki, "RS Q8"in ilkin qiyməti 136 min 200 dollar olacaq.
Pərviz