Almaniyanın nəhəng avtomobil istehsalçısı "Porsche" yeni modelini təqdim etməyə hazırlaşır.
Hit.az xəbər verir ki, "Porsche 911 Turbo" modeli satışa çıxarılacaq.
Hibrid avtomobil 2025-ci ildə yollarda olacaq. "Varta" istehsalı olan akkumulyator elementləri də bu modeldə istifadə olunacaq. Avtomobilin özü isə "911 GTS"in 1,9 kVt/saat tutumlu akkumulyatoruna malik olacaq. "Porsche" bununla da idman avtomobili bazarındakı mövqeyini möhkəmləndirməyə çalışır.
Bundan başqa, şirkət tam elektrikli avtomobillər üzərində də çalışır. Lakin həmin modellərin 2030-cu ildən sonra istehsal olunmasına qərar verilib.
Pərviz