Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Nissan" yeni model üzərində çalışır.
Hit.az xəbər verir ki, şirkət yeni elektromobil istehsal edəcək.
Avtomobil "Renault Twingo" modelinin əsasında hazırlanacaq. "Nissan"ın yeni modelinin hamı üçün münasib olacağı deyilir. Bu səbəbdən də sözügedən elektromobilə marağın böyük olacağı proqnozlaşdırılır.
Hələlik adı açıqlanmayan model Sloveniyada istehsal olunacaq. Hazırda işlərin çox yaxşı formada davam etdiyi bildirilib. Şirkətin bu ölkədəki "Novo Mesto" fabrikində illik 150 min avtomobil istehsal edəcəyi də bildirilir.
Pərviz