Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" modellərini yeniləməyə hazırlaşır.
Hit.az xəbər verir ki, şirkət 2026-cı ildə bütün elektromobillərini yeniləyəcək.
Beləliklə, "ID" modelləri daha müasir görünüşə, dizayna, mühərrikə və bir çox yeni funksiyaya malik olacaq.
Həmçinin, "ID.2 SUV" modeli isə 2025-ci ilin sentyabr ayında Almaniyada təqdim olunacaq. Bundan başqa, "ID" modelinin "GTI" adlı daha bir versiyası üzərində çalışılır. O isə 2026-cı ildə bazara çıxarılacaq.
Qeyd edək ki, yeni istehsal olunacaq modellərlə "Volkswagen" elektromobil bazarında böyük bir paya sahib olmağı hədəfləyir. Atılan son addımların da məqsədi budur.
Pərviz