"Azərbaycanda elektromobillərə maraq yüksək səviyyədə deyil".
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunun da bir neçə səbəbi var:
"Burada əsas meyar elektrikli avtomobillərin iş prinsipinə yanaşma ilə bağlıdır. Yanaşma dedikdə nəqliyyat vasitələri üçün ümumi olaraq hərəkətin təşviqi və təhlükəsizliyi, ehtiyat hissələrinin tapılması, servislərin olmaması və çeşidli xidmətlərin aparıla bilməməsi kimi faktorları nəzərdə tuturuq".
Ekspert qeyd edib ki, bütün bunlar da problem yaradır:
"Ona görə də nəqliyyat vasitələri bu və ya digər formada çeşidlənə bilməlidir. Həmçinin, elektrikli avtomobillərin müxtəlif texniki parametrləri ola bilər. Hansı parametrlərin üstün olduğuna isə dəqiq baxmaq lazımdır. Çünki həmin fərqlər əsasında elektromobillər digər nəqliyyat vasitələri ilə müqayisədə çox yüksək qiymətə satılmamalıdır".
Pərviz