Almaniyanın nəhəng avtomobil istehsalçısı "Audi" yeni modelini təqdim edib.
Hit.az xəbər verir ki, yeni model "Q5 Sportback" adlanır.
Əvvəlki modellərdən fərqli olaraq bu avtomobildə Avropada dizel mühərriki olmayacaq. Bu qitədə satışa çıxarılan bütün versiyalar benzinlə çalışan olacaq. Onun 362 at gücündə olduğu açıqlanıb. Sözügedən model 3.0 L V6 turbo mühərrikə sahibdir.
Bundan başqa, "Standart Q5 Sportback"ın 2 versiyası daha olacaq. 201 at gücündə olan 2.0 L benzinli mühərrikə sahib model ilə, Avropada satışa çıxarılmayacaq 2.0 L dizel mühərrikə sahib versiya da təqdim olunub. Onun baqaj həcmi isə 1.415 litrdir.
Qeyd edək ki, "Audi Q5 Sportback" Almaniyada 54 min 800 avrodan başlayan qiymətlərlə satışa çıxarılacaq. "SQ5 Sportback" modelinin qiyməti isə 85 min 400 avrodur. Avtomobilin Avropadakı satışları isə dekabr ayında başlaylayacaq.
Pərviz