"Renault" elektrikli TIR istehsal etdi

AVTO
11:06 / 03.12.2024
113

Dünyanın ən prestijli avtomobil markalarından olan "Renault" sürpriz bir addım atıb.

Hit.az xəbər verir ki, şirkət elektrikli TIR istehsal edib.

"E-Tech T" adlanan model 600 kilometrə qədər məsafə vəd edir. Bu isə uzun yol sürücüləri üçün inanılmaz bir fürsət deməkdir. Üstəlik, bunun əvvəlki modeldən 200 kilometr daha uzun mənzil olduğunu vurğulamaq lazımdır. 

Həmçinin, "Renault" məsafənin dəyərinin optimallaşdırılmasına nail olmağa da çalışıb. Yəni tək bir şarjla ən uzun məsafəni təklif etmək əvəzinə, sürətli şarj texnologiyaları, doldurma stansiyası infrastrukturu və ideal akkumulyator ölçüsü olan şirkətlər üçün kilometr başına minimum xərcləri azaltmağı hədəfləyir.

Pərviz

363585

0