Cənubi Koreyanın nəhəng avtomobil istehsalçıları "Hyundai" və "Kia" yeni uğura nail olublar.
Hit.az xəbər verir ki, hər iki şirkət ABŞ satışlarında rekord nəticə əldə edib.
Belə ki, elektromobillərə, hibridlərə və krossoverlərə güclü tələbat satışların artmasına səbəb olub. Bununla da "Hyundai" və "Kia"nın ABŞ-də ümumi avtomobil satışları noyabrda keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artıb.
"Hyundai" satışları 10,4 faiz artaraq 84 min 11, "Kia"nın satışları isə 20,2 faiz artaraq 70 min 107 ədəd olub.
Xüsusən "Hyundai" elektrikli avtomobil satışlarında ciddi uğur qazanıb. Şirkətin hibrid avtomobillərin tədarükü 114, elektromobillərinin satışı isə 70 faiz artıb. Elektrikli, hibrid və plug-in hibrid avtomobillərin ümumi həcmi də 92 faiz artıb. "Kia" isə elektrik modelləri də satışların 45 faiz artması böyük uğura nail olub.
Qeyd edək ki, "Hyundai" şirkətində 8 min 126 ədədlə "Tucson" hibrid elektromobili, "Kia"da isə 3 min 705 ədədlə "Sportage" hibrid modeli ən çox satılan avtomobil olub.
Pərviz