Türkiyənin ən ucuz avtomobilləri: Qiyməti milyonlarladır

AVTO
10:20 / 10.12.2024
141

Türkiyədə satılan ən ucuz avtomobillərin siyahısı yenilənib.

Hit.az xəbər verir ki, qardaş ölkədə avtomobil almaq üçün artıq ən azı 1 milyon lirəyə yaxın pul ödəmək tələb olunur.

Belə ki, satışdakı ən ucuz avtomobilin dəyəri 855 min lirəni keçib. Üstəlik, ən ucuz avtomobillər siyahısında sadəcə 5 modelin dəyəri 1 milyondan aşağıdır. Digər avtomobillərin qiymətləri isə 1 milyon lirədən daha bahadır.

Ümumiyyətlə, hazırda Türkiyədə satılan ən ucuz avtomobillər hansılardır?

Hit.az yenilənmiş siyahını təqdim edir:

1. "Fiat Panda" - 855 min 900 TL
2. "Fiat Egea" - 889 min 900 TL
3. "Hyundai i10" - 920 min TL
4. "Hyundai i20" - 979 min TL
5. "Leapmotor T03" - 999 min TL
6. "Citroen C3" - 1 milyon 18 min TL
7. "Kia Picanto" - 1 milyon 30 min TL
8. "Opel Corsa" - 1 milyon 75 min 900 TL
9. "Dacia Sandero Stepway" - 1 milyon 99 min TL
10. "Renault Clio" - 1 milyon 189 min TL. 

Pərviz

0