"Xiaomi"nin yeni modelinin xüsusiyyətləri və təqdimat TARİXİ

AVTO
10:55 / 11.12.2024
109

Çinin "Xiaomi" şirkətinin ikinci elektromobili "YU7"-ni təqdim edib.

Hit.az xəbər verir ki, avtomobil gələn il satışa çıxarılacaq.

"YU7" avtomobilinin uzunluğu 4999 millimetr, eni 1996 millimetr, hündürlüyü isə 1600 millimetrdir. Avtomobilin çəkisi də 2405 kiloqramdır.

Sözügedən model iki mühərrikli versiyası ilə 253 km/saat sürətə çata bilir. Üstəlik, mühərriklərin gücü sahəyəsində avtomobil təxminən 700 at gücünə çatır. Bundan başqa, "YU7" olduqca diqqətçəkən və müasir dizayna sahibdir.

Qeyd edək ki, "Xiaomi YU7" avtomobilinin rəsmi təqdimat mərasiminin gələn ilin iyun və iyul ayında keçiriləcəyi gözlənilir.

Pərviz

0