"Ford" yeni tranzit modelini Avropada satışa çıxarıb - QİYMƏT

AVTO
12:26 / 18.12.2024
42

ABŞ-nin avtomobil istehsalçısı "Ford" yeni modelini Avropa üçün də təqdim edib. 

Hit.az xəbər verir ki, "E-Transit" Avropada satışa çıxarılıb. 

Bu avtomobil əvvəlki modellərdən daha böyük batereya ilə təchiz olunub. Belə ki, öncəki modellər 316 kilometr mənzilə sahib idi. Yeni model isə 89 kVt/saat batareya ilə təchiz olunub və mənzil məsafəsi 402 kilometrə qədər artıb. Yəni sözügedən göstərici 27 faiz yüksəldilib. 

Həmçinin, yeni "E-Tranzitdə" sürətli doldurma gücü də 115 kVt-dan 180 kVt-a qədər artıb. Bundan başqa, batareyanın 0-dan 80 faizə qədər şarj olma müddəti isə 28 dəqiqədir. 

Qeyd edək ki, "Ford E-Transit" modelinin Avropadakı satış qiyməti 64 min 590 avrodur. Yəni əvvəlki modeldən 4 min avro bahadır. Avtomobil 135 kVt və 198 kVt kimi iki fərqli mühərrik variantı ilə satışa çıxarılıb.

Pərviz

0