"Honda" hibrid avtomobillərlə bağlı QƏRAR VERDİ

AVTO
12:29 / 24.12.2024
75

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Honda" hibrid modellərlə bağlı yeni qərar verib.

Hit.az xəbər verir ki, şirkət 2027-ci ildə yeni nəsil hibrid modellər təqdim edəcəyini açıqlayıb.

"Honda" bundan sonra elektrikli və hibrid modellərə yönələcəklərini bəyan edib. Yeni hibrid modellərin daha da inkişaf etdiriləcəyi vurğulanıb. 

Buna baxmayaraq, sözügedən modellərin ixrac xərcləri azaldılacaq. Təxminən 50 faizlik bir qənaətdən söhbət gedir. Eyni zamanda, yeni modellərin ağırlığı da 10 faiz daha yüngül olacaq. 

Hətta 2030-cu ilə qədər hibrid avtomobillərin satışını dünya miqyasında 1,3 milyon ədədə çatdırmaq hədəfi də elan olunub. 

Pərviz

0