Dünyanın ən prestijli avtomobil markalarından olan "BMW" ilə bağlı sürpriz iddia yayılıb.
Hit.az xəbər verir ki, şirkət "M8 Coupe" modelinin istehsalını dayandırmağa hazırlaşır.
Buna səbəb sözügedən modelə tələbatın aşağı olmasıdır. Satışların kəskin azalmasından sonra şirkət artıq "M8 Coupe" avtomobili üçün xərc çəkmək istəmir. "BMW"-nin yaxın zamanda adıçəkilən model üçün sifarişləri və istehsalı dayandıracağı gözlənilir.
Qeyd edək ki, "BMW M8 Coupe" modeli 4,4 litrlik cüt turbo mühərrikə və V8 motoruna sahibdir. Avtomobil 626 at gücündədir. 0-dan 100 kilometr sürətə sadəcə 3 saniyə ərzində çıxa bilir. Maksimal sürət isə 306 kilometrdir.
Pərviz