Çinin super elektromobil Avropaya gəlir - FOTOLAR

AVTO
11:04 / 26.12.2024
87

Çinin elektromobil istehsalçısı "Leapmotor"un yeni modeli "C10 REEV" Avropaya gəlir. 

Hit.az xəbər verir ki, sözügedən model yanvar ayında Brüssel Avtomobil Sərgisində təqdim olunacaq.

"C10 REEV" 1000 kilometrə qədər mənzil təqdim edir. Daha dəqiq desək, daxili yanma mühərriki işə salındıqda ümumi məsafə 950 kilometrə qədər çatır. Avtomobil 1,5 litrlik daxiliyanma mühərriki ilə yanaşı, 215 at gücünə malik elektrik mühərriki ilə təchiz edilib. 

Üstəlik, 28,4 kVt/saat tutumlu akkumulyator 145 km məsafə qət etməyi təmin edir. Adıçəkilən model 100 kilometr məsafəyə cəmi 0,4 litr yanacaq istifadə edir. Bundan başqa, 18 dəqiqə ərzində 72,5 kilometr məsafə qət edəcək enerjini yığa bilir.

Pərviz

 

0