Avropada təxminən 800 min avtomobilçinin məlumatları ictimai sahəyə sızdırılıb.
Hit.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, 800 min elektromobil sahibinə məxsus bir neçə terabaytlıq məlumat "Amazon" bulud anbarında mühafizəsiz olub. Sızıntı "Volkswagen", "Seat", "Audi" və "Skoda" avtomobillərinə təsir edib.
Qeyd olunur ki, 460 minə yaxın avtomobilin geolokasiyası da ictimaiyyətə açıq olub.
Qurbanların əksəriyyəti Almaniyadan olan sürücülərdir. Məlum olub ki, sızma "Volkswagen"in törəmə şirkəti olan "Cariad" proqram təminatı ilə bağlı baş verib. Nəşr məlumatların cinayətkarlar və ya casuslar tərəfindən istifadə oluna biləcəyini vurğulayır.
Samir